14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Rusiya səfirliyindəki diplomatların sayı azaldılacaq
Tarix: 01-09-2023 19:14 | Bölmə: Dünya
Rusiya səfirliyindəki diplomatların sayı azaldılacaq

Danimarka Rusiyanın Kopenhagendəki səfirliyində çalışan rus diplomatların sayını Moskvadakı diplomatik nümayəndəlikdəki danimarkalı diplomatların sayına qədər azaltmaq qərarına gəlib. Reyting.az xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xarici İşlər Nazirliyinin (XİN) saytında bildirilir ki, sentyabrın 1-də Danimarka Xarici İşlər Nazirliyi Rusiya səfiri Vladimir Barbinə Rusiyanın Kopenhagendəki diplomatik missiya işçilərinin sayının Danimarkanın Moskvadakı səfirliyinə uyğun olan səviyyəyə endirilməsi barədə məlumat verib.

XİN-nin məlumatında qeyd olunur ki, Danimarka tərəfinin qərarına əsasən, Rusiya səfirliyi “5 diplomat və 20 inzibati-texniki işçi” ilə məhdudlaşdırılmalıdır.

Rusiya səfirliyinin işçilərinin sayının azaldılması prosesi 2023-cü il sentyabrın 29-dan gec olmayaraq başa çatdırılmalıdır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}