14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Sinqapura yeni prezident seçiblər
Tarix: 01-09-2023 21:47 | Bölmə: Dünya
Sinqapura yeni prezident seçiblər

Sinqapurun keçmiş baş nazirinin müavini Tarman Şanmuqaratnam prezident seçkilərində qalib gəlib.

Reyting.az
xəbər verir ki, bu barədə “The Straits Times” məlumat yayıb.

Nəşrin məlumatına görə, Şanmuqaratnam səslərin 70,4 faizini, onun rəqibləri Nq Kok Sonq və Tan Kin Lian isə müvafiq olaraq 15,72 faiz və 13,88 faiz səs toplayıblar.

“Mən tam əminəm ki, Sinqapurun yeni lideri prezident kimi öz vəzifələrini çox yaxşı yerinə yetirəcək”, - baş nazir Li Syanlun Şanmuqaratnamın qələbəsi münasibətilə deyib.

Qeyd edək ki, Sinqapur parlamentli respublikadır, real hakimiyyət baş nazirin əlində cəmləşib. Prezident baş hakim, baş prokuror, Dövlət Qulluğu Komissiyasının sədri və üzvləri, Müdafiə Qüvvələrinin rəisi və Polis Müvəkkili kimi əsas vəzifələrə təyinatları təsdiq edir. O, həmçinin deputatların əksəriyyətinin etimadını qazanacaq baş naziri təyin edir. Prezidentin maliyyə qanun layihələri üzərində veto hüququ da var (veto parlament tərəfindən üçdəiki səs çoxluğu ilə ləğv edilə bilər). Bundan başqa, o, əfv elan edir, korrupsiyaya qarşı mübarizə tədbirlərində, daxili təhlükəsizlik və dini məsələlərlə bağlı qərarların qəbulunda iştirak edir.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}