14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Putinin şəhərində yanğın: təsadüfdir, yoxsa...
Tarix: 02-09-2023 20:48 | Bölmə: Dünya
Putinin şəhərində yanğın: təsadüfdir, yoxsa...

Rusiya prezidenti Vladimir Putinin doğulduğu şəhərdə - Sankt-Peterburqda bu gün səhər güclü yanğın olub.

Reyting.az
-ın xəbərinə görə, Sankt-Peterburqda şəhərin Kolpinski rayonunda yerləşən sənaye binasında ciddi yanğın baş verib.

Rusiya Fövqəladə Hallar Nazirliyi bildirir ki, yanğın sahəsi 1400 kvadratmetrə çatıb.

“İlkin məlumatlara görə, itki yoxdur. Söndürmə işlərinə 80 nəfər və 20 texnika cəlb olunub”, - məlumatda deyilir.

Səhər saat 9:38-də Rusiya Fövqəladə Hallar Nazirliyi istehsalat sahəsindəki yanğının lokallaşdırıldığını bildirib.

Ukrayna mediası isə Rusiyanın Ukraynaya genişmiqyaslı hücum etdikdən sonra Rusiya Federasiyasında bir neçə dəfə müxtəlif obyektlərdə güclü yanğınlar baş verdiyinə işarə edir. Məlumata görə, avqustun ortalarında məlum olub ki, Moskva vilayətinin Ramenskoye şəhərində istehsal və anbar kompleksinin ərazisində plastik altlıqlar yanıb. Yanğın sahəsi 1,8 min kvadratmetr təşkil edib. Ukrayna mətbuatı ad çəkməsə də, bu, yanğınların təsadüfi olmadığına işarə edir, bir növ bunların Ukrayna kəşfiyyatının əməli olduğu təsəvvürü yaradır.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}