Priqojini Afrikadan Moskvaya gəlməyə Müdafiə Nazirliyi məcbur edib
Tarix: 03-09-2023 00:14 | Bölmə: Dünya
Priqojini Afrikadan Moskvaya gəlməyə Müdafiə Nazirliyi məcbur edib

“Vaqner” PMC strukturlarının maddi-texniki təminatının təhlükə altında olması Afrikada olan Priqojini Rusiyaya gəlməyə məcbur edib.

Reyting.az
xəbər verir ki, “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojin ölümündən bir neçə həftə əvvəl Rusiya Müdafiə Nazirliyinin təzyiqi ilə üzləşib. Bunu “Blomberg” nəşrinə Kremlə yaxın mənbələr də təsdiqləyiblər.

Agentliyin həmsöhbətinin sözlərinə görə, “Vaqner”in strukturlarına Müdafiə Nazirliyinin hərbi təyyarələrindən uçuşlar üçün istifadə etmək qadağan olunub, daha sonra isə 2015-ci ildə PMC qırıcılarının meydana çıxdığı Suriyadakı Xmeymim aviabazası Rusiyanın rəsmi təqdimatından əvvəl onlar üçün bağlanıb. Nəticədə “Vaqner” strukturlarının logistikası təhlükə altına düşüb. Yaranmış vəziyyət isə Afrikada olan Priqojini Rusiyaya gəlməyə məcbur edib.

“Bloomberg”-ə danışan mənbə bildirib ki, “Vaqner”in rəhbəri Müdafiə Nazirliyi ilə problemləri həll etmək üçün Moskvaya gəlib. Lakin avqustun 23-də onun biznes təyyarəsi Vladimir Putinin Valdaydakı iqamətgahından 50 kilometr aralıda qəzaya uğrayıb, təyyarədə olan 7 sərnişin və 3 ekipaj üzvü həlak olub.

“Bloomberg” yazır ki, Müdafiə Nazirliyinə yaxın şəxsin və PMC-yə yaxın olan digər iki nəfərin sözlərinə görə, “Vaqner”in Mərkəzi Afrika Respublikasındakı əməliyyatlarının idarə edilməsi Müdafiə Nazirliyi ilə əlaqəli podratçıya həvalə olunacaq.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər