14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Putin Ərdoğanı Soçidə istirahətə dəvət edib
Tarix: 04-09-2023 15:23 | Bölmə: Dünya
Putin Ərdoğanı Soçidə istirahətə dəvət edib

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı Soçidə istirahətə dəvət edib.

Reyting.az
Rusiya KİV-lərinə istinadla bildirir ki, Putin Soidə səfərdə olan Ərdoğana deyib: "Siz gəlib bizimlə dincələ bilərsiniz. Və sonra biz hamımız sizinləyik".

Öz növbəsində Türkiyə lideri məşhur yerli kurort şəhərinin gözəlliyini qeyd edib. "Bəli, düzdür, yaşıllıq çoxdur", - deyə Rusiya prezidenti onunla razılaşıb.

Qeyd edək ki, sentyabrın 4-də Ərdoğan Putinlə görüş üçün Soçiyə gedib. Hava limanında onu Krasnodar diyarının qubernatorunun müavini Aleksandr Ruppel, Soçi şəhərinin meri Aleksey Kopayqorodski, Rusiya Xarici İşlər Nazirliyinin Dövlət Protokolunun baş direktorunun müavini İqor Boqdaşev, Türkiyə Respublikasının Moskvadakı səfiri Mehmet Samsar və başqaları qarşılayıblar.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}