12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Türkiyədə qırıcının bir hissəsi avtodayanacağa düşüb
Tarix: 04-09-2023 15:50 | Bölmə: Dünya
Türkiyədə qırıcının bir hissəsi avtodayanacağa düşüb

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-4 qırıcısının bir hissəsi Ankarada avtomobil dayanacağına düşüb. Reyting.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Ankara üzərində uçuş zamanı ölkəmizin Hərbi Hava Qüvvələri komandanlığının F-4 qırıcısının bir hissəsi naməlum səbəbdən açıq dayanacağa düşüb”, - nazirlik bildirib.

Təyyarənin Eskişehirə uğurla eniş etdiyi, insident nəticəsində itki olmadığı qeyd edilir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
3-06-2025, 18:26 Baş nazir istefa verib