14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Seks görüntüsü yayılan partiya sədri: "Anamla gəlinimdən çox utandım"
Tarix: 04-09-2023 16:02 | Bölmə: Dünya
Seks görüntüsü yayılan partiya sədri: "Anamla gəlinimdən çox utandım"

14 may seçkiləri öncəsi sosial şəbəkələrdə seksual xarakterli görüntüsü yayılan Məmləkət Partiyasının sədri Məhərrəm İncə ilk dəfə bu barədə danışıb.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, "seks kaset"i şantajına görə anası ilə gəlinindən çox utanıb.

Partiya sədri deyib k, həmin görüntülərdə o, olmayıb: "Həmin günü həyat yoldaşımla Antalyaya gedəcəkdik. Millət vəkili namizədimiz zəng etdi. Məni tələsik kənara çəkib dedi ki, porno-görüntün yayılıb. Baxdım, mən deyildim. Yoldaşımı çağırdım, vəziyyəti danışdım, baxan kimi dedi ki, sən deyilsən. Dedim, haradan bildin? Dedi ki, qolunda saat var, qolunun altı da tüklüdür. Sən saat taxmırsan və belə qıllı da deyilsən.

Amma bu saxta videonu yaydılar. 80 yaşında anam var, anamdan və gəlinimdən utandım. Gəlinimə dedim ki, həyat yoldaşım belə böhtanlara alışıb, sən də bunlara inanma. Başqa nəsə deyə bilmədim..."

E. ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}