14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
MAQATE: “İran məhdudlaşdırıcı tədbirləri pozur”
Tarix: 04-09-2023 16:39 | Bölmə: Dünya
MAQATE: “İran məhdudlaşdırıcı tədbirləri pozur”

İran İslam Respublikası nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) çərçivəsində tətbiq edilən məhdudiyyətlərdən yan keçməkdə davam edir. Reyting.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) hesabatında bildirilib.

Hesabatda qeyd olunur ki, İran 2015-ci il sazişi ilə nüvə fəaliyyətlərinə tətbiq edilən məhdudlaşdırıcı tədbirləri pozmağa davam edir.

Eyni zamanda MAQATE bildirir ki, İranda zənginləşdirilmiş uran ehtiyatları sonuncu rüblük hesabatın dərcindən bəri 949 kq azalaraq 3795,5 kq-a düşüb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}