14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Avropa İttifaqı: canavarlar Avropa ölkələrində təhlükə yaradır
Tarix: 04-09-2023 17:04 | Bölmə: Dünya
Avropa İttifaqı: canavarlar Avropa ölkələrində təhlükə yaradır

Avropa İttifaqı (Aİ) Avropada artan canavarların fermerlərə və insanlara zərər verəcək həddə çatdığını açıqlayıb.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Aİ bəyanat yayıb.

Bildirilib ki, artan təhülkələr səbəbindən müvafiq qurumlar təcili hərəkətə keçməlidir.

Problemlə bağlı Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib:

"Avropanın bəzi ərazilərində canavar sürüləri heyvandarlıq və insanlar üçün real təhlükəyə çevrilməyə başlayıb. Mən yerli və beynəlxalq təşkilatları bu problemlə bağlı zəruri tədbirlər görməyə çağırıram. Zatən, mövcud Aİ qanunları canavarlara qarşı tədbir görməyə əsas verir".

Xatırladaq ki, son aylar canavarlar avropanın bir sıra ölkələrində fermerlərn sürülərinə böyük zərbələr vurub. Bununla bərbarər, bəzi bölgələrdə insanlara hücumlar da adi hal alıb.

E. ARAZ
Reyting.a
z




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}