İspaniyada güclü sel: 3 nəfər ölüb, itkin düşənlər var
Tarix: 05-09-2023 00:14 | Bölmə: Dünya
İspaniyada güclü sel: 3 nəfər ölüb, itkin düşənlər var

İspaniyada leysan yağışların yaratdığı sel fəlakətində 3 nəfər həyatını itirib, 3 nəfər isə itkin düşüb.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, paytaxt Madrid, Toledo şəhəri, Kastiliya-La Mança, Kataloniya və Valensiya bölgələrində daşqınlar səbəbindən vətəndaşlar çətin anlar yaşayıb.

Toledo şəhərində seldə qalan vətəndaşlar vertolyotla xilas edilərkən, sel səbəbiylə ictimai nəqliyyatda aksamalar yaşanıb.

Güclü yağışların yaratdığı sel fəlakətində 3 nəfər həyatını itirib, 3 nəfər isə itkin düşüb.

Təcili yardım qrupları itkin düşənlərin axtarışı üçün hərəkətə keçib.

Sosial mediada paylaşılan görüntülərdə sel sularının yolları bağladığı, çaylarda daşqın səbəbindən körpülərin sıradan çıxdığı, nəqliyyat vasitələrinin suda sürükləndiyi görülüb.

İspaniyanın Milli Hava Agentliyi hər kvadratmetrə 90 litrə qədər yağıntının olduğunu bildirib.

E. ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}