14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
İsrail əsgərləri daha bir fələstinlini öldürüb
Tarix: 05-09-2023 09:33 | Bölmə: Dünya
İsrail əsgərləri daha bir fələstinlini öldürüb

İşğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Tulkərim şəhərindəki Nur Şəms Qaçqınlar Düşərgəsində İsrail hərbçilərinin açdığı atəş nəticəsində bir fələstinli həyatını itirib.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, bu barədə bölgədəki xəstəxana açıqlama yayıb.

Bildirilib ki, İsrail hərbçisinin açdığı atışlə yaralanan fələstinlini xilas etmək mümkün olmayıb.

Məlumatada o da deyilir ki, düşərgəyə basqın edən İsrail qüvvələri ilə fələstinlilər arasında toqquşmalar davam edir: "İsrail qüvvələri özləri ilə bölgəyə gətirdikləri texnika ilə yolları qazıb və yol kənarında olan fələstinli maşınlara ziyan vurub".

Fakta İsrail rəsmilərindən hələlik heç bir aydınlıq gətirilməyib.

Xatırladaq ki, son bir neçə aydır İordan çayının qərb sahilindəki şəhər və kəndlər İsrail qüvvələrinin, eləcə də bölgədəki israilli mühacirlər tərəfindən intensiv basqın və hücumlara məruz qalır.

E. ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}