20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Litva prezidenti: Ukraynadakı korrupsiya silah tədarükünü ləngidir
Tarix: 05-09-2023 12:33 | Bölmə: Dünya
Litva prezidenti: Ukraynadakı korrupsiya silah tədarükünü ləngidir

Ukraynadakı korrupsiya Kiyevə silah tədarükü ilə bağlı qərarlar qəbul edərkən Qərb ölkələrinə ciddi təsir göstərir. Reyting.az xəbər verir ki, bunu Litva prezidenti Gitanas Nauseda LRT teleradio şirkətinin efirində deyib.

Onun sözlərinə görə, silah tədarükünün ləngiməsində korrupsiya çox mühüm səbəbdir.

Nauseda bildirib ki, Ukraynanı dəstəkləyən dövlətlər demokratikdir və bu, o deməkdir ki, onlar öz cəmiyyətinin əhval-ruhiyyəsini və seçicilərin fikrini nəzərə almalıdırlar.

"Təsəvvür edin, bu və ya digər ştatda olan seçicilər görsələr ki, yardım göndərilən ölkədə çox gözə çarpan korrupsiya qalmaqalları var, onda bu, həmin dövlətin reputasiyasına böyük zərbədir", - o əlavə edib.

Qeyd edək ki, Nauseda fikirlərini Ukrayna prezidenti Vladimir Zelenskinin bazar günü müdafiə naziri Oleksiy Reznikovun ötən ildən Dövlət Əmlak Fonduna rəhbərlik edən Rüstəm Umerovla əvəzlənməsi barədə qərarından sonra səsləndirib.

Zelenski bəyanatında korrupsiyadan bəhs etməsə də, son vaxtlar Ukrayna Müdafiə Nazirliyində silah alışında sui-istifadə və rüşvətlə bağlı araşdırmalara başlanılıb.

Nauseda isə inanmır ki, Amerika F-16 qırıcılarının çatdırılmasının gecikməsinə məhz bu fakt səbəb olub.

Xatırladaq ki, Litvanın müdafiə naziri A. Anuşauskas bildirib ki, O. Reznikovun varisi Ukrayna Müdafiə Nazirliyinin rəhbəri kimi Qərb liderləri ilə münasibətləri yaxşılaşdırmaq üçün səy göstərməli olacaq.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər