20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Fransada 300-ə yaxın qız məktəbə qadağan olunmuş ərəb paltarında gəlib
Tarix: 05-09-2023 17:06 | Bölmə: Dünya
Fransada 300-ə yaxın qız məktəbə qadağan olunmuş ərəb paltarında gəlib

Bazar ertəsi 300-ə yaxın qız fransız məktəblərinə abayada - indi respublikanın təhsil müəssisələrində geyilməsi qadağan olunmuş uzun ənənəvi ərəb paltarlarında gəlib. Reyting.az-ın məlumatına görə, Fransanın təhsil naziri Qabriel Attal bildirib ki, bu qərar istənilən dini geyimə aiddir.

Q. Attal BFMTV-də deyib ki, bazar ertəsi günü 298 nəfər abaya məktəblərə gəlib, eyni zamanda 67 qız paltar dəyişməkdən imtina etdiyi üçün evə göndərilib.

Xatırladaq ki, məktəblərdə abaya qadağa qərarı avqust ayında Attal tərəfindən açıqlanıb. Bu qərarın tənqidçiləri isə iddia edirlər ki, bu halda söhbət dini deyil, ənənəvi geyimdən gedir, ona görə də dini simvollarla bağlı məhdudiyyətlər abaya şamil edilməməlidir.

Onu da qeyd edək ki, bu tip geyimlərin geyinilməsinə qadağa Fransada inzibati nəzarətin ən yüksək instansiyası olan Dövlət Şurasında nəzərdən keçiriləcək.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər