20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Böyük Britaniya “Vaqner”i terror təşkilatı kimi tanıyacaq
Tarix: 06-09-2023 09:38 | Bölmə: Dünya
Böyük Britaniya “Vaqner”i terror təşkilatı kimi tanıyacaq

Britaniya Daxili İşlər Nazirliyi Rusiyanın özəl hərbi şirkəti “Vaqner”in ölkədə terror təşkilatı elan ediləcəyini bildirib.

Reyting.az
xəbər verir ki, bu barədə “Sky News” yazıb.

Məlumata görə, çərşənbə günü Böyük Britaniyada Rusiya qrupuna üzv olmağı və ya ona dəstək verməyi qeyri-qanuni edən qadağa qərarı layihəsi Böyük Britaniya parlamentinə təqdim ediləcək.

Bəzi qadağa pozuntuları 14 ilə qədər həbslə cəzalandırıla bilər.

Fərmana əsasən, “Vaqner” qrupunun aktivləri terrorçuların mülkiyyətinə aid edilə və müsadirə oluna bilər.

Keçən ay təyyarə qəzasında ölənə qədər Yevgeni Priqojinin rəhbərlik etdiyi qrup Rusiyanın Ukraynaya müdaxiləsində mühüm rol oynayıb.

O, həmçinin Suriya, Mərkəzi Afrika Respublikası, Sudan və Liviyadakı münaqişələrdə də fəal iştirak edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər