16:53 / 21-05-2024
Ruslar hücuma hazırlaşır
14:49 / 21-05-2024
"Mercedes" "Tesla"-ya uduzur
Prezidentliyə namizəd unikal təklif verib
Tarix: 06-09-2023 11:24 | Bölmə: Dünya
Prezidentliyə namizəd unikal təklif verib

Tayvanda prezidentliyə namizədliyini irəli sürən milyarder Terri Qou cütlüklərə uşaqları olduqda pulsuz ev heyvanları veriləcəyini açıqlayıb.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, ölkədə sürətlə azalan nəsilartırma artıq millli təhlükəsizlik problemi kimi qabarmağa başlayıb.

Prezidentliyə namizədliyini irəli sürən "Apple" tədarükçüsü "Foxconn" şirkətinin qurucusu Terri Qou deyib ki, bu prtoblemin həlli üçün təcili addımlar atılmalıdır:

"Bu gün uşaq saxlamağın ciddi maliyyə tələb etdiyini iddia edənlər uşaq yerinə it və ya pişik saxlayırlar. Bu isə istər iqtisadiyyatda, istərsə də ordu quruculuğunda milli təhlükəsizliyimizi təhdid edir. Bu gün Tayvan dünyada ən aşağı doğum faizinə malikdir.

Üstəlik, əhalinin sürətli qocalması da, dediyim kimi, Tayvanın iqtisadiyyatını və hərbi müdafiəsini təhdid edir. Bu arada camaatın ev heyvanlarına meylinin daha da artması barədə statistik hesabatlar var. Biz hesab edirik ki, xalqımızı nəsil artırmaya həvəsləndirə bilərik. Bunun üçün hər əlavə uşağı olan ailəyə pulsuz bir it və ya pişik verə bilərik. Bununla yanaşı, uşaq pulu ilə bağlı məsələni aktuallaşdırmaq olar".

AZƏR
Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}