20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Litva Ukrayna ilə bağlı danışıqların tezliklə başlayacağına ümid edir
Tarix: 07-09-2023 16:44 | Bölmə: Dünya
Litva Ukrayna ilə bağlı danışıqların tezliklə başlayacağına ümid edir

Rəsmi Vilnüs ümid edir ki, Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı danışıqlar 2023-cü ildə başlayacaq. Reyting.az TASS-a istinadla bildirir ki, bu sözləri Litvanın xarici işlər naziri Qabrielius Landsberqis Baltikyanı və Skandinaviya ölkələrinin XİN rəhbərləri ilə görüşündə deyib.

Nazir bildirib ki, Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların bu ilin sonunda başlayacağına ümid edirlər.

Landsbergisin fikrincə, Kiyevin qrupa üzv olması Aİ-nin özünün və Ukraynanın təhlükəsizliyini gücləndirəcək.

Onu da qeyd edək ki, bundan əvvəl Litva prezidenti Gitanas Nauseda Ukraynada korrupsiyanın silah tədarükünü ləngitdiyini bildirib. Prezident deyib ki, bu, dövlətin reputasiyasına böyük zərbədir.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər