12:12 / 21-05-2024
Sabah yağış yağacaq
11:26 / 21-05-2024
Rəisinin varisi kimdir?
Avropa İttifaqının ali nümayəndəsi Gürcüstana gəlib
Tarix: 07-09-2023 18:09 | Bölmə: Dünya
Avropa İttifaqının ali nümayəndəsi Gürcüstana gəlib
Cozep Borrel

Avropa İttifaqının (Aİ) ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Josep Borrell Gürcüstana gəlib.

Reyting.az
xəbər verir ki, J. Borrellin təyyarəsi bir neçə dəqiqə əvvəl Tbilisidəki hava limanına enib.

Borreli hava limanında Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili, Gürcüstanın Avropa İttifaqındakı səfiri Vaxtanq Maxaroblişvili və Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski qarşılayıblar.

Bu gün saat 19:30-da Josep Borrell Aİ Nümayəndəliyinin ofisində brifinq keçirəcək.

Bundan əlavə, səfər çərçivəsində ali nümayəndəni Gürcüstan prezidenti Salome Zurabişvili qəbul edəcək. Josep Borrell Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə də görüşəcək, bundan sonra birgə mətbuat konfransı keçiriləcək.

J. Borrell Gürcüstanın xarici işlər naziri İ. Darçiaşvili ilə də görüşəcək.

Aİ-nin Xarici Fəaliyyət Xidmətindən verilən məlumata görə, Aİ-nin ali nümayəndəsi həmçinin parlamentdə iştirak edən bütün siyasi partiyaların nümayəndələri ilə görüşmək və vətəndaş cəmiyyətinin nümayəndələri ilə müzakirələr aparmaq fürsətindən istifadə edəcək.

Məlumata görə, onun hazırkı səlahiyyətləri ilə ölkəyə ilk rəsmi səfəri ona Gürcüstanın Avropaya inteqrasiya yolunda irəliləyişini müzakirə etməyə, eləcə də daha geniş xarici siyasət və regional məsələlər ətrafında fikir mübadiləsi aparmağa imkan verəcək.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}