12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Kadırovun əsas kadrını Rusiyada yüksək vəzifəyə ediblər
Tarix: 08-09-2023 11:44 | Bölmə: Dünya
Kadırovun əsas kadrını Rusiyada yüksək vəzifəyə ediblər
R. Kadırov

Ramzan Kadırovun “ovçusu” və Çeçenistanın daxili işlər naziri Ruslan Alxanov Rusiya Daxili İşlər Nazirliyinin “E” mərkəzi kimi tanınan ekstremizmə qarşı mübarizə üzrə baş idarəsində vəzifəyə təyinat alıb. İndi bu idarəyə Çeçenistanın baş təhlükəsizlik zabiti rəhbərlik edəcək.

Reyting.az
xəbər verir ki, bu barədə “Qafqaz. Reallıqlar” layihəsi məlumat yayıb.

Məlumata görə, Alxanov 19 il Çeçenistan Daxili İşlər Nazirliyinə rəhbərlik edib, bundan əvvəl isə Ramzan Kadırovun atası Əhməd Kadırovun mühafizə xidmətinin rəhbəri olub. Çeçenistan Daxili İşlər Nazirliyində Alxanovu kimin əvəz edəcəyi hələlik məlum deyil.

Qeyd edək ki, Alxanov Kadırovun həmkəndlisidir. Həmçinin onun 28 yaşlı oğlu Adəm Kadırovun qızlarından biri -Xədicatın həyat yoldaşıdır.

“Alxanovun Daxili İşlər Nazirliyinə rəhbərliyi dövründə Çeçenistan Daxili İşlər Nazirliyinin əməkdaşları fəal şəkildə insanları oğurlamağa və işgəncələrə məruz qoymağa, Ramzan Kadırov rejiminin əleyhdarlarını təqib etməyə başlayıblar. Alxanov insan hüquqlarının sistematik pozulmasında iştirakına və Ukraynaya qarşı müharibəyə dəstək verdiyinə görə Kanadadan sanksiyalara məruz qalıb”, - materialda deyilir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
3-06-2025, 18:26 Baş nazir istefa verib