12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ermitaj binasına pilotsuz təyyarə düşüb
Tarix: 08-09-2023 13:37 | Bölmə: Dünya
Ermitaj binasına pilotsuz təyyarə düşüb

Sankt-Peterburq şəhərinin tam mərkəzində yerləşən Qış sarayına kvadrokopter düşüb. Reyting.az “Fontanka”ya istinadla bildirir ki, bu barədə Ermitajın aparıcı təhlükəsizlik zabiti Dmitri Xaşşenko məlumat verib.

Hadisə sentyabrın 7-də baş verib, ancaq indi məlum olub. Muzey əməkdaşının dediyinə görə, 24 saatlıq mühafizə xidməti zədələnmiş pilotsuz təyyarəni ərazidə adi patrul xidməti zamanı aşkarlayıb.

Xaşşenko dəqiqləşdirib ki, kvadrokopter əvvəlcə binaya çırpılıb, sonra isə Qış sarayının yaxınlığında düşüb.

Mütəxəssislər təyyarədə təhlükəli obyektlərin olub-olmadığını yoxlayıb, daha sonra hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıblar.

“Nədənsə kvadrokopterin sahibləri adətən olduğu kimi bizimlə əlaqə saxlamadılar. Əvvəllər belə hadisələr tez-tez olurdu”, - Ermitaj işçisi deyib.

O əlavə edib ki, pilotsuz təyyarə hazırda polis əməkdaşlarının ixtiyarındadır.

Təyyarənin "adi mülki kvadrokopter" olduğu bildirilir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
3-06-2025, 18:26 Baş nazir istefa verib