12:45 / 23-04-2025
Sabah yağış yağacaq
Gürcüstanda güclü sel: daha bir nəfərin meyiti tapılıb
Tarix: 08-09-2023 17:27 | Bölmə: Dünya
Gürcüstanda güclü sel: daha bir nəfərin meyiti tapılıb

Xilasedicilər Gürcüstanın qərbindəki Quriya bölgəsində güclü yağışın yaratdığı daşqın nəticəsində həlak olan ikinci şəxsin cəsədini tapıblar. Reyting.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, axtarış tədbirləri nəticəsində daha bir meyit tapılıb, bir nəfərin axtarışları isə davam etdirilir.

Bundan əvvəl Gürcüstan Daxili İşlər Nazirliyi azyaşlının meyitinin tapılması və itkin düşən iki vətəndaşın axtarışı barədə məlumat vermişdi. Həmçinin, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 11 nəfər xilas edilib.

Cümə günü gecədən Gürcüstanın qərbində güclü yağış başlayıb. Quriyada Lançxuta rayonuna ciddi ziyan dəyib. Böyük miqdarda yağan yağıntılar nəticəsində yaşayış binalarını və kənd təsərrüfatı sahələrini su basıb, ağaclar qırılıb, bəzi yerlərdən sel keçib, bir neçə kəndin xarici aləmlə əlaqəsi kəsilib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
16-04-2025, 08:47 Bayden Trampı tənqid edib