12:45 / 23-04-2025
Sabah yağış yağacaq
Üç ölkə Ukraynaya “Leopard 1” tankları göndərib
Tarix: 08-09-2023 18:04 | Bölmə: Dünya
Üç ölkə Ukraynaya “Leopard 1” tankları göndərib

Danimarka, Almaniya və Hollandiyanın hədiyyə etdiyi ilk “Leopard 1” tankları Ukraynaya gəlib.

Reyting.az
xəbər verir ki, bu barədə AFP Danimarka Silahlı Qüvvələrinə istinadla məlumat yayıb.

Danimarka Silahlı Qüvvələrinin bəyanatında deyilir ki, ilk 10 tank artıq Ukraynaya göndərilib və bundan da çoxu yoldadır.

Qeyd edək ki, Almaniyadakı Danimarka hərbçiləri Ukrayna qüvvələrinə bu zirehli maşınları idarə etmək üçün təlim keçir.

Xatırladaq ki, fevral ayında Danimarka, Almaniya və Hollandiya Almaniya istehsalı olan 100 tankı “yaxın aylarda” Ukraynaya təhvil verəcəklərini açıqlamışdılar.

ELÇİN




Bölməyə aid digər xəbərlər
16-04-2025, 08:47 Bayden Trampı tənqid edib