12:45 / 23-04-2025
Sabah yağış yağacaq
Medvedev: “Avropa İttifaqı ilə diplomatik əlaqələr dayandırılmalıdır”
Tarix: 11-09-2023 13:21 | Bölmə: Dünya
Medvedev: “Avropa İttifaqı ilə diplomatik əlaqələr dayandırılmalıdır”

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Avropa İttifaqı ilə diplomatik əlaqələrin dayandırılmasını təklif edib.

Reyting.az
-ın xəbərinə görə, D. Medvedev Telegram-da Rusiya-Avropa münasibətlərinin gələcəyi ilə bağlı fikirlərini bölüşərkən qeyd edib ki, Moskvanın avropalılara qarşı simmetrik tədbirlərə ehtiyacı yoxdur. "Biz bu ölkələrin bir çox liderlərindən fərqli olaraq irqçi deyilik", - D. Medvedev əlavə edib.

Təhlükəsizlik Şurasının sədr müavini bildirib ki, diplomatik əlaqələrin dayandırılması Avropada çaxnaşma yaradacaq.

Onu qeyd edək ki, bundan əvvəl Medvedev ABŞ-da 2001-ci il 11 sentyabr hücumları kimi yeni terror aktlarının olacağını proqnozlaşdırmışdı. Onun sözlərinə görə, Vaşinqtonun həyata keçirdiyi eksklüzivlik siyasəti səbəbindən belə bir risk artır. “Eyni zamanda, nüvə və ya bioloji silahlardan istifadə etməklə yeni terror aktları həyata keçirilə bilər”,- deyə Medvedev əlavə edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
16-04-2025, 08:47 Bayden Trampı tənqid edib