12:45 / 23-04-2025
Sabah yağış yağacaq
Avstriyada məktəbliləri daşıyan avtobus körpüdən aşıb
Tarix: 11-09-2023 15:37 | Bölmə: Dünya
Avstriyada məktəbliləri daşıyan avtobus körpüdən aşıb

Bazar ertəsi səhər Aşağı Avstriyanın Rastenfeld yaxınlığındakı magistral yolda məktəb avtobusunun körpüdən aşması nəticəsində ağır qəza baş verib.

Reyting.az
xəbər verir ki, bu barədə “Kurier” nəşri yazıb.

Məlumata görə, əvvələ qadının idarə etdiyi avtomobil avtobusla toqquşub. O, xəsarət almayıb.

Məktəb avtobusunda beş sərnişin olub. Sürücü ağır yaralanıb. İki nəfəri vertolyotla, daha üç nəfəri isə təcili yardım maşını ilə xəstəxanaya aparınblar.

Əvvəlcə kabinədə uşaqların da olduğu bildirilib. Lakin sonda bu məlumat təsdiqini tapmayıb.

Hazırda qəzanın səbəbləri araşdırılır.

Onu da qeyd edək ki, bazar günü səhər Yunanıstandan Şimali Makedoniyaya çıxışda Serbiya turist avtobusu və iki minik avtomobilinin iştirakı ilə ağır qəza baş verib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
16-04-2025, 08:47 Bayden Trampı tənqid edib