12:45 / 23-04-2025
Sabah yağış yağacaq
Litva belaruslara xüsusi pasportlar verəcək
Tarix: 11-09-2023 18:22 | Bölmə: Dünya
Litva belaruslara xüsusi pasportlar verəcək

Minsk tərəfindən xaricə pasport almaq hüququndan məhrum edilmiş Litvada olan belaruslu mühacirlər Litvanın xüsusi səyahət sənədlərini ala biləcəklər.

Reyting.az
bildirir ki, bu barədə Litvanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə pasportlar Litvada yaşamaq hüququ olan, lakin xarici pasportu olmayan Belarus vətəndaşlarına veriləcək.

Litvanın daxili işlər nazirinin müavini Arnoldas Abramaviçyus deyib:

"Əcnəbinin pasportu bir ildən çox müddətə etibarlıdır, lakin parlament onu uzatsa, bəlkə də bu müddət daha uzun ola bilər".

Xüsusi sənədin əldə edilməsi ölkədə qanuni yaşayan belaruslara Litvanı tərk etmək və daxil olmaq imkanı verəcək.

Vilnüsdən verilən rəsmi məlumata görə, hazırda ölkədə 58 mindən çox Belarus vətəndaşı yaşayır.

ELÇİN




Bölməyə aid digər xəbərlər
16-04-2025, 08:47 Bayden Trampı tənqid edib