12:45 / 23-04-2025
Sabah yağış yağacaq
Mərakeşdə zəlzələdə ölənlərin sayı 2681 nəfərə çatıb
Tarix: 11-09-2023 20:00 | Bölmə: Dünya
Mərakeşdə zəlzələdə ölənlərin sayı 2681 nəfərə çatıb

Mərakeş Daxili İşlər Nazirliyi sentyabrın 8-nə keçən gecə baş vermiş zəlzələ ilə bağlı yenilənmiş məlumat paylaşıb.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, Mərakeşdə baş verən zəlzələdə həyatını itirənlərin sayı 2 min 681-ə, yaralıların sayı isə 2 min 501-ə yüksəlib.

Nazirlik bildirib ki, hazırda xilasetmə əməliyyatları davam edir.

Xatırladaq ki, sentyabrın 8-nə keçən gecə Mərakeşdə 7 bal gücündə zəlzələ baş verib.

Bildirilib ki, zəlzələ paytaxt Rabatla yanaşı, Kasablanka, Meknes, Aqadir və Fes şəhərlərində də hiss olunub.

E. ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
16-04-2025, 08:47 Bayden Trampı tənqid edib