16:53 / 21-05-2024
Ruslar hücuma hazırlaşır
14:49 / 21-05-2024
"Mercedes" "Tesla"-ya uduzur
Türkiyə XİN: "Qardaş ölkəyə hər cür dəstək verməyə hazırıq"
Tarix: 11-09-2023 21:55 | Bölmə: Dünya
Türkiyə XİN: "Qardaş ölkəyə hər cür dəstək verməyə hazırıq"

Türkiyə Xarici İşlər Nazirliyi Liviyada baş verən qasırğada həyatını itirənlər üçün başsağlığı mesajı yayımlayıb.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə XİN açıqlama yayıb.

Bildirilib ki, dünəndən etibarən Liviyanı ağuşuna alan "Daniel" qasırğası nəticəsində çoxlu sayda liviyalının həyatını itirməsindən dərindən kədərlənirlər:

"Dost və qardaş Liviya xalqına və Liviya hökumətinə başsağlığı verir, həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirik. Türkiyə hər zaman olduğu kimi, qardaş ölkəyə hər cür dəstəyi verməyə hazırdır".

Xatırladaq ki, qasırğa nəticəsində Liviyada 1500 nəfərdən çox ölən, 7 mindən çox isə itkin düşən var.

E. ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}