16:53 / 21-05-2024
Ruslar hücuma hazırlaşır
14:49 / 21-05-2024
"Mercedes" "Tesla"-ya uduzur
Səmada yanacağı qurtaran təyyarənin pilotlarından kritik qərar - Fotolar
Tarix: 12-09-2023 14:11 | Bölmə: Dünya
Səmada yanacağı qurtaran təyyarənin pilotlarından kritik qərar

Hava limanına çata bilməyən A320 təyyarəsi Sibirdə əkin sahəsinə enmək məcburiyyətində qalıb.

Reyting.az
xəbər verir ki, Rusiya mətbuatı hadisənin səbəbini yanacaq problemi ilə əlaqələndirib.

Nəhəng A320 model təyyarə Soçidən Omska uçurmuş. Lakin Omska yaxınlaşdıqda hava limanına enə bilməyəcəyi barədə məlumat verib.

Novosibirsk vilayətinin qubernatoru Andrey Travnikov özünün Teleqram kanalında yazıb ki, Ural Hava Yollarına məxsus təyyarə yerli vaxtla saat 09:44-də hava limanına çatmayıb və “təcili eniş edib”.



Travnikov təyyarənin hidravlik nasazlıqlar səbəbindən hava limanına enə bilməyəcəyini qeyd edərkən, TASS agentliyi pilotların əyləc nasazlığı səbəbindən marşrutu dəyişdiyini yazıb.

Yerli mətbuatda təyyarənin səmada olarkən yanacağının qurtadığını, pilotların uçuş-enmə zolağı əvəzinə Sibirdəki bir sahəyə təcili eniş etmək qərarına gəldiyi bildirilib.

Qeyd olunur ki, sözügedən ərazi hava limanından 180 kilometr aralıda yerləşir.

Digər tərəfdən, səlahiyyətlilər tərəfindən verilən açıqlamada iki pilotun uğurla eniş etdiyi bildirilib və yüksək təzyiqli bir nəfərdən başqa sərnişinlərin heç birində problem olmadığı qeyd edilib.

Göyərtəsində 159 sərnişin və 6 ekipaj üzvü olan təyyarə ilə bağlı Ural Hava Yolları “hava limanı xaricində təcili eniş”in yaxşı keçdiyini və xəsarət alan olmadığını bildirib.



ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}