14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Mirzoyan Borellə görüşüb
Tarix: 20-09-2023 09:33 | Bölmə: Dünya
Mirzoyan Borellə görüşüb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının xarici siyasət rəhbəri Cozef Borellə görüşüb. Reyting.az Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, görüş BMT Baş Assableyasının tədbiri çərçivəsində ABŞ-ın Nyu-York şəhərində baş tutub.

Mirzoyan görüş zamanı Qarabağdakı vəziyyəti müzakirə edib.

Eyni zamanda Ermənistanın xarici işlər naziri özünün mikrobloqunda yazıb ki, Avropa İttifaqı Qarabağdakı vəziyyətlə bağlı təcili tədbirlər görməlidir.

Onu da xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi dünəndən Qarabağın dağlıq hissəsindəki Ermənistan silahlı qüvvələrinin qeyri-qanuni birləşmələrinə və digər terrorçu qruplara qarşı antiterror əməliyyatı keçirir. Azərbaycan tərəfi antiterror əməliyyatı ilə Qarabağda yaşan azərbaycanlılarla yanaşı, ermənilərin də həyatını terror təhülkəsindən qorumağa çalışır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}