Şoyqu: “Rusiya-İran əlaqələri yeni səviyyəyə qalxır”
Tarix: 20-09-2023 10:48 | Bölmə: Dünya
Şoyqu: “Rusiya-İran əlaqələri yeni səviyyəyə qalxır”

Moskva ilə Tehranın qarşılıqlı əlaqəsi yeni səviyyəyə qalxır və Rusiya ilə İran arasında dialoq indi xüsusilə intensiv inkişaf edir. Reyting.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bunu ölkənin müdafiə naziri Sergey Şoyqu bildirib.

Sergey Şoyqu çərşənbə günü İranın müdafiə və Silahlı Qüvvələrə dəstək naziri Məhəmməd Rza Aştiani ilə danışıqlarda deyib ki, ABŞ və Qərb müttəfiqlərinin müqavimətinə baxmayaraq, planlaşdırılan bütün tədbirlər həyata keçirilir.

S. Şoyqu əlavə edib ki, Rusiya və İrana qarşı sanksiya təzyiqləri perspektivsizliyini göstərir.

Eyni zamanda, o, "Yaxın Şərqdə sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində birgə hərəkətlərə" hazır olduqlarını da bildirib. Şoyqu "bu gün Rusiya-İran dialoqu xüsusilə intensiv inkişaf edir",- deyib.

Onun sözlərinə görə, bu, əsasən Rusiya və İran liderləri arasında yaranan etimad münasibətlərindən irəli gəlir. "Görüşlərin yüksək dinamikası müdafiə sahəsində strateji tərəfdaşlığın və hərbi əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün ümumi əhval-ruhiyyəni təsdiqləyir", - deyə Rusiyanın müdafiə naziri vurğulayıb.

O, həmkarına danışıqlar zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə etməyi təklif edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}