Rusiyada təyyarə qəzası baş verib
Tarix: 20-09-2023 12:16 | Bölmə: Dünya
Rusiyada təyyarə qəzası baş verib

Rusiyanın Voronej vilayətində “Su-34” qırıcısı qəzaya uğrayıb. Reyting.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, təyyarə yaşayış məntəqələrindən uzaqlaşıb və onun ekipajı katapult edə bilib.

Bildirilir ki, təyyarədən tullanan (katapult) iki nəfərdən ibarət ekipaj üzvünün sağlamlığına heç bir təhlükə yoxdur.

“Su-34”-ün uçuşu təlim xarakterli olub və döyüş sursatı olmadan həyata keçirilib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}