20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
“Kadırovun ölümü bütün Şimali Qafqazı sarsıda bilər” - Şərqşünas
Tarix: 20-09-2023 13:55 | Bölmə: Dünya
“Kadırovun ölümü bütün Şimali Qafqazı sarsıda bilər”
Ramzan Kadırov

“Çeçenistan lideri Ramzan Kadırovun ölümü təkcə Çeçenistanda deyil, Rusiyanın tərkibinə daxil olan Şimali Qafqazın bütün ərazisində sabitliyin pozulmasına səbəb ola bilər”.

Reyting.az
xəbər verir ki, bunu şərqşünas, Vətəndaş Azadlıqları Mərkəzinin ekspertlər şurasının üzvü Vyaçeslav Lixaçov deyib.

Onun iddiasına görə, Kreml belə ssenaridən qorxur və bundan qaçmağa çalışır.

V. Lixaçov əlavə edib ki, bu, Ukraynaya qarşı müharibə zamanı Rusiya Federasiyası üçün fəlakət və beynəlxalq sanksiyaların təsiri ola bilər: “Çeçenistan üzərində nəzarət bütün Şimali Qafqaz regionunun Rusiyanın mərkəzi hakimiyyət orqanlarına sədaqətinin açarıdır. Bu ərazilərdəki respublikalarda yüksək işsizlik, sosial lift boşluğu, etnik və klan ziddiyyətləri, cinayət və korrupsiya, dissidentlərin təqibi və ədalətsizlik hökm sürür”.

Xatırladaq ki, media son günlər Çeçenistan Respublikası rəhbərinin xəstəxanada çox ağır vəziyyətdə olması barədə durmadan yazır. Sentyabrın 19-da isə rusiyalı biznesmen Leonid Nevzlin bildirib ki, Kadırov Moskva Mərkəzi Klinik Xəstəxanasında dünyasını dəyişib. Amma bu da ciddi qəbul edilmir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər