20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Dəniz donanmasının Sevastopoldakı qərargahına hücum olub
Tarix: 22-09-2023 16:53 | Bölmə: Dünya
Dəniz donanmasının Sevastopoldakı qərargahına hücum olub

İşğal altında olan Sevastopolda güclü partlayış səsləri eşidilib. Yerli kanallar raket hücumu barədə məlumat verirlər.

Reyting.az
-ın xəbərinə görə, Rusiya Müdafiə Nazirliyinə istinad edən RosSMİ bildirir ki, Qara Dəniz Donanmasının qərargahına raket hücumundan sonra bir hərbçi itkin düşüb.

Bu arada Krım “rəhbəri”nin müşaviri Oleq Kryuçkov Krım internet provayderlərinə misli görünməmiş kiberhücum edildiyini açıqlayıb. Daha sonra Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiənin Sevastopol üzərində beş raketi vurduğunu bildirib.

Məlumata görə, Qara Dəniz Donanmasının qərargah binasına ziyan dəyib, bir hərbçi həlak olub.

Saat 14:48-də isə Balaklavada hava hücumu xəbərdarlığı səslənib. Bununla paralel Sevastopolun Qauleyteri donanmanın qərargahındakı yanğının söndürülməsinin davam etdiyini bildirilir.

İlkin məlumata görə, donanma qərargahının ətrafındakı mülki infrastruktura ziyan dəyməyib. Zərbə zamanı küçədə olan insanlar da xəsarət almayıb.

Krımın işğal administrasiyasının rəhbəri Sergey Aksenov Krım üzərində qanadlı raketlərin vurulduğunu bildirib. Onların sayını göstərməyib.

“Krım küləyi” kanalı xəbər yayıb ki, partlayış səsləri Baxçasaray və Simferopol rayonlarında, həmçinin Pervomayski və Krasnoqvardeyski ərazilərində eşidilir. Hadisə şahidinin sözlərinə görə, vurulan pilotsuz təyyarə Sevastopol körfəzinə düşüb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər