12:45 / 23-04-2025
Sabah yağış yağacaq
Yunanıstan Aİ ilə Türkiyənin miqrasiya sazişini uzatmasını istəyir
Tarix: 25-09-2023 12:20 | Bölmə: Dünya
Yunanıstan Aİ ilə Türkiyənin miqrasiya sazişini uzatmasını istəyir

Yunanıstan Avropa İttifaqı (Aİ) ilə Türkiyə arasında 2016-cı ildə imzalanmış miqrasiya sazişinin müddətinin uzadılmasına çalışacaq.

Reyting.az
xəbər verir ki, bunu Yunanıstanın miqrasiya naziri Dimitris Kairidis ERT dövlət telekanalına müsahibəsində deyib.

Nazir bildirib ki, məqsədləri 2016-cı ildə Yunanıstanın rəhbərlik etdiyi müqaviləni dəyişdirmək və genişləndirməkdir. Onun sözlərinə görə, Afina miqrasiyanın ön sıralarında olan bir dövlət kimi buna daha çox maraq göstərir.

Sazişin uzadılması məsələsinin dekabrın 7-də Yunanıstan və Türkiyə rəsmilərinin Salonikidə keçiriləcək görüşündə müzakirə ediləcəyi gözlənilir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
16-04-2025, 08:47 Bayden Trampı tənqid edib