20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Rus zabitləri məxfi məlumatları Ukrayna tərəfinə ötürüb
Tarix: 26-09-2023 11:43 | Bölmə: Dünya
Rus zabitləri məxfi məlumatları Ukrayna tərəfinə ötürüb

Sentyabrın 22-də Rusiya Qara Dəniz Donanmasının komandiri, admiral Viktor Sokolovun ölümü ilə nəticələnən Rusiya donanmasının Sevastopoldakı qərargahına Ukraynanın hücumuna rus zabitləri kömək edib.

Reyting.az
-ın xəbərinə görə, Krımda partizan hərəkatının nümayəndələri maddi mükafatlar müqabilində yüksək rütbəli rus komandirlərin yeri və fəaliyyəti haqqında əsas məlumatları rus zabitlərindən alıblar.

Məlumata görə, hərbçilərinə vaxtında maaş verməməsi ötən həftə Rusiya Qara Dəniz Donanmasının qərargahına Ukrayna Silahlı Qüvvələrinin dəqiqi dağıdıcı raket hücumunda əsas rol oynayıb.

Bildirilir ki, Rusiya ordusunda ödənişlərin gecikdirilməsi özlüyündə rus hərbçilərini Rusiya hakimiyyətinə qarşı çıxmağa məcbur etmir, amma onlar ölkələrinin “cinayətkar müharibə apardığına və bunun dayandırılacağına” inanırlar.

Qeyd olunur ki, maddi mükafat rus zabitlərinin Ukrayna tərəfi ilə əməkdaşlıq qərarına gəlməsində stimul rolunu oynayır.

Xatırladaq ki, sentyabrın 22-də Ukrayna Rusiyanın Qara Dəniz Donanmasının Sevastopoldakı qərargahına raket zərbəsi endirib. Ukrayna tərəfi elan edib ki, hücum nəticəsində Rusiya Qara Dəniz Donanmasının qərargahının 34 zabit məhv edilib. Onların arasında donanmanın komandanı Viktor Sokolov da var.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər