20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Kiyevin Sevastopola hücumu iki ölkənin koordinatları əsasında reallaşıb
Tarix: 27-09-2023 12:52 | Bölmə: Dünya
Kiyevin Sevastopola hücumu iki ölkənin koordinatları əsasında reallaşıb

Ukrayna sentyabrın 22-də Sevastopola hücumu Amerika və Britaniya kəşfiyyat orqanları ilə sıx koordinasiyada həyata keçirib. Reyting.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

M. Zaxarova brifinqdə xatırladıb ki, sentyabrın 22-də Sevastopol yenidən hücuma məruz qalıb: “Bu hücumun Qərbin kəşfiyyat vasitələri, NATO-nun peyk avadanlığı, kəşfiyyat təyyarələri ilə əvvəlcədən planlaşdırıldığına və Amerikanın təhriki və yaxın koordinasiyası ilə həyata keçirildiyinə heç bir şübhə yoxdur”. O, bu məsələdə Britaniyanın kəşfiyyat xidmətlərini də ittiham edib.

Zaxarova əlavə edib ki, bu cür terror aktlarının aşkar məqsədi diqqəti Ukrayna Silahlı Qüvvələrinin uğursuz əks-hücum cəhdlərindən yayındırmaq, insanları qorxutmaq və Rusiya cəmiyyətində çaxnaşma yaratmaqdır. Amma o, bunu mümkünsüz hesab edir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər