20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Dövlət Departamenti: Amerika şirkətlərinin hamısı Rusiyanı tərk etməməlidir
Tarix: 28-09-2023 13:12 | Bölmə: Dünya
Dövlət Departamenti: Amerika şirkətlərinin hamısı Rusiyanı tərk etməməlidir

2022-ci ilin fevral ayında Ukraynaya genişmiqyaslı hücumdan sonra Amerika şirkətlərinin heç də hamısı Rusiya Federasiyasını tərk etməyiblər. Reyting.az xəbər verir ki, ABŞ Dövlət Departamenti bu məsələni şərh edib.

Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə Vaşinqtonun hələ də Amerika şirkətlərinə Rusiya Federasiyasında fəaliyyət göstərməsinə icazə verməsinin Moskvanın təcrid siyasətinə uyğun olub-olmaması ilə bağlı suala cavab verib. O, bildirib ki, hər bir biznes Rusiyada işləməyin risklərini nəzərə alaraq müstəqil qərar verməlidir.

"Rusiya Federasiyasında bəzi kommersiya fəaliyyəti növləri var ki, onları bağlamaq istəmirik. Bizim bütün sanksiyalarımız qida, dərman və digər humanitar məqsədlər üçün istisnalar nəzərdə tutur, çünki biz inanmırıq ki, ABŞ rus xalqı ilə münaqişədədir”, - Miller deyib.

O əlavə edib ki, buna görə də ABŞ Rusiya xalqını ərzaq və ya əczaçılıq məhsulları ilə təmin etmək üçün çalışan şirkətlərə orada biznesi dayandırmalarını söyləməyib.

“Biz sanksiyalarımızı, ixraca nəzarətimizi Rusiya iqtisadiyyatının Rusiya hərbi maşınına yanacaq verən sektorlarına yönəltmişik və bunu davam etdirəcəyik”, - Miller izah edib.

Dövlət Departamentinin sözçüsü onu da qeyd edib ki, bu müddət ərzində mindən çox Amerika şirkəti Rusiyanı tərk edib, Rusiya Federasiyası isə yeni məhdudlaşdırıcı qanunlar qəbul edib və bu, bir sıra şirkətləri orada fəaliyyət göstərməkdən çəkindirib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər