20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Fransada doğum əmsalı ən aşağı səviyyəyə düşüb
Tarix: 29-09-2023 00:29 | Bölmə: Dünya
Fransada doğum əmsalı ən aşağı səviyyəyə düşüb

Fransada doğum əmsalı ölkə tarixinin bütün müharibədən sonrakı dövrü üçün rekord səviyyədə aşağı düşüb. Reyting.az xəbər verir ki, bu barədə ölkənin Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutu məlumat yayıb.

İnstitutun kommünikesinə görə, 2022-ci ildə Fransada 726 min uşaq doğulub ki, bu da İkinci Dünya Müharibəsinin bitməsindən bəri ən aşağı rəqəmdir.

Sosioloqların fikrincə, doğum əmsalının əhəmiyyətli dərəcədə azalması 25-34 yaşlı qadınların ən çox reproduktiv qrupunda müşahidə olunur və demək olar ki, bütün Fransa bölgələrində qeydə alınır. Eyni zamanda, 40 yaşdan yuxarı qadınlar arasında doğum səviyyəsi artır.

Statistikaya görə, son 10 ildə Fransada anaların orta yaşı 30-dan 31-ə yüksəlib. Bundan əlavə, tədqiqatçılar qeyd edirlər ki, uşaqların 65 faizi nikahdan kənar doğulub, halbuki 2012-ci ildə bu rəqəm 57 faiz təşkil edib.

Onu da qeyd edək ki, yanvarın 1-nə olan məlumatda Fransanın 68 milyon əhalisi olduğu bildirilib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər