20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Danimarka sursat almaq üçün Kiyevə 14,12 milyon dollar ayırır
Tarix: 02-10-2023 21:02 | Bölmə: Dünya
Danimarka sursat almaq üçün Kiyevə 14,12 milyon dollar ayırır

Danimarka Avropa Müdafiə Agentliyi (EDA) çərçivəsində Ukrayna üçün 155 mm-lik sursatın birgə alınması üçün 100 milyon kron (14,12 milyon dollar) ayırır.

Reyting.az
-ın xəbərinə görə, krallığın Müdafiə Nazirliyindən bildiriblər ki, silahların 2024-cü ildə çatdırılması gözlənilir.

“Ukraynalılar hələ də artilleriya sursatlarının kəskin çatışmazlığı ilə üzləşiblər. Biz bununla bağlı nəsə etməliyik və bu töhfə ilə Danimarka - bir sıra digər Avropa İttifaqı ölkələri ilə əməkdaşlıq edərək - Ukraynanı öz artilleriyaları üçün 155 mm-lik sursatla təmin etmək məsuliyyətini öz üzərinə götürür. Danimarka birgə silah-sursat alışının artırılmasına töhfə verəcək və uzunmüddətli perspektivdə Ukraynaya dəstək verməyə hazır olacaq”, - Müdafiə naziri Troels Lund Poulsen mətbuata açıqlamasında bildirib.

Qeyd edək ki, satınalma Danimarkanın bu ilin martında qəbul olunduğu EDA-nın himayəsi altında həyata keçirilir. Birgə sursat tədarükü layihəsi səkkiz illik müddətə malikdir və EDA onu əlaqələndirir.

Kiyevə hərbi yardım üçün vəsait Danimarka Ukrayna Fondundan gələcək.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər