20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Pakistanda qanunsuz yaşayan əcnəbilərə vaxt verilib: "Noyabrın 1-dək ölkəni tərk edin"
Tarix: 04-10-2023 14:13 | Bölmə: Dünya
Pakistanda qanunsuz yaşayan əcnəbilərə vaxt verilib: "Noyabrın 1-dək ölkəni tərk edin"

Pakistandakı müvəqqəti hökumətin daxili işlər naziri Sərfaraz Buqti ölkədə qeyri-qanuni yaşayan əcnəbilərə ölkəni könüllü tərk etmələri üçün vaxt verib.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, nazirin sözlərinə görə, onlar noyabrın 1-dək ölkəni tərk etməlidirlər. Əks halda Pakistana girişləri ömürlük qadağan olunmaqla deport olunacaqlar.

Xatırladaq ki, Pakistanda 4,4 milyondan çox əfqan qanunsuz yaşayır.

Son aylar ölkədə terror hadisələrinin artması səbəbindən Pakistan yetkliləri onlara qarşı təzyiqi artırıb.

E. ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər