20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Rusiyanın Qara Dəniz Donanması Abxaziyaya sığınacaq
Tarix: 05-10-2023 15:33 | Bölmə: Dünya
Rusiyanın Qara Dəniz Donanması Abxaziyaya sığınacaq

Rusiya Qara Dəniz Donanması üçün yeni yer kimi Gürcüstan ərazisinin işğal olunmuş hissəsini - Rusiya qoşunlarının 1990-cı ildə daxil olduğu “Abxaziya Respublikasını” seçir.

Reyting.az
xəbər verir ki, tanınmamış separatçı respublikanın “prezidenti” Aslan Bjaniya Rusiya lideri Vladimir Putinlə birgə sazişin imzalandığını bildirib.

Məlum sazişdən bəlli olur ki, Rusiyanın Qara Dəniz Donanmasının bazasını Oçamçira rayonunda yerləşdirmək istəyirlər.

“Biz müqavilə imzaladıq və yaxın gələcəkdə Oçamçira bölgəsində Rusiya Hərbi Dəniz Qüvvələrinin daimi bazası olacaq”, - sondarma respublikanın lideri Bjaniya deyib.

Bjaniya Putinlə Sirius təhsil mərkəzində (Soçi) danışıqlar aparıb. Siyasətçilərin görüşü “Gürcüstan-Abxaz müharibəsində qələbənin 30 ili” bəhanəsi ilə baş tutub.

Qeyd edək ki, Rusiya separatçı “Abxaziya respublikası”nın müstəqilliyini 2008-ci ildə rus qoşunlarının Gürcüstana daxil olmasından sonra tanıyıb. Rəsmi olaraq Rusiya Silahlı Qüvvələrinin 7-ci birgə hərbi bazası 2009-cu ildən Gürcüstan regionunda yerləşir.

Bundan əvvəl Ukraynanın cənubundakı Müdafiə Qüvvələrinin mətbuat mərkəzinin rəhbəri Natalya Qumenyuk bildirib ki, qərargah rəhbərlərinə endirilən zərbədən sonra Rusiya Qara Dəniz Donanmasını gizlətmək məcburiyyətində qalıb. Söhbət Ukrayna Silahlı Qüvvələrinin sentyabrın 22-də müvəqqəti işğal olunmuş Sevastopola zərbə endirməklə həyata keçirilən hücumdan gedir. Qumenyukun sözlərinə görə, Rusiyanın Qara Dəniz Donanmasına aid gəmilər dənizdə təhlükəsiz yerləşmə üçün yeni yerlər axtarırlar.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər