20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
ABŞ-ın səhvi Suriyada vəziyyəti yenidən kəskinləşdirib
Tarix: 06-10-2023 12:10 | Bölmə: Dünya
ABŞ-ın səhvi Suriyada vəziyyəti yenidən kəskinləşdirib

Dünən ABŞ-ın “F-16” döyüş təyyarəsi ilə Suriyada Türkiyənin pilotsuz uçuş aparatını (PUA) vurması birmənalı qarşılanmır.

Reyting.az
xəbər verir ki, ABŞ-ın nüfuzlu qəzetlərindən olan “Vall Street Journal” ABŞ-ın ilk dəfə NATO müttəfiqini vurması ilə bağlı geniş xəbər dərc edib.

Xəbərdə Yaxın Şərq ekspertlərinin fikirləri də yer alıb. Qəzetə danışan ekspertlər ABŞ-ın bu hücumla Ankaraya mesaj göndərmiş ola biləcəyini iddia ediblər.

Qərargahı Vaşinqtonda yerləşən Yaxın Şərq İnstitutunun proqram direktoru Çarlz Lister deyib:

“ABŞ hər gün başqa bir NATO üzvünün PUA-sını vurmur. Bu, ancaq ABŞ-ın Ankaranın bölgəni tərk etməsi mesajı kimi oxuna bilər. Amma bu mesajın belə qəbul ediləcəyini düşünmürəm. Türkiyə PKK-nı mövcud təhlükə olaraq görür və bu məsələni həllinə davam edəcək”.

Ağ ev Milli Təhlükəsizlik Şurasında Suriya üzrə direktor vəzifəsində çalışmış və hazırda Yaxın Şərq Siyasəti İnstitutunda işləyən Endryu Tabler deyib ki, ABŞ-ın Türkiyə ilə münasibətlərini sakitləşdirməsi çox çətin olacaq:

“Türklər öz PUA-larından birinin vurulmasını yüngül qəbul etməyəcəklər. Suriyada status-kvo hər gün daha da pisləşir. Üçüncü tərəf qrupları bu sahəyə hərbi müdaxiləni davam etdirəcək”.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər