12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Putin sabah iki prezidentlə təntənəli mərasimdə iştirak edəcək
Tarix: 06-10-2023 20:14 | Bölmə: Dünya
Putin sabah iki prezidentlə təntənəli mərasimdə iştirak edəcək

Rusiya prezidenti Vladimir Putin Rusiya qazının Qazaxıstan vasitəsilə Özbəkistana nəqlinə başlanılacağını açıqlayıb. Reyting.az-ın xəbərinə görə, Rusiya dövlətinin başçısı bildirib ki, bu münasibətlə oktyabrın 7-də hər üç ölkənin liderlərinin iştirakı ilə təntənəli mərasim keçiriləcək.

Vladimir Putin jurnalistlərə deyib ki, sabah Özbəkistan prezidenti Şavkat Mirziyoyev və Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevlə birlikdə “Qazprom”un Özbəkistana Rusiya qazının tədarükünün təntənəli mərasimində iştirak edəcək.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
3-06-2025, 18:26 Baş nazir istefa verib