16:40 / 22-04-2025
Xarkova kütləvi hücum olub
Rusiyanın 4 vətəndaşı İsraildə itkin düşüb
Tarix: 09-10-2023 18:00 | Bölmə: Dünya
Rusiyanın 4 vətəndaşı İsraildə itkin düşüb

HƏMAS-ın hücumu nəticəsində Rusiyanın İsraildəki 4 vətəndaşı itkin düşmüş sayılır.

Məlumatı Rusiyanın İsraildəki səfirliyi yayıb.

Məlumata görə, onların kimliyi hələ ki məlum deyil.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 800 nəfər ölüb, 2 750 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib(Report).




Bölməyə aid digər xəbərlər
16-04-2025, 08:47 Bayden Trampı tənqid edib