Şotlandiyada güclü qasırğa: ölənlər var - Foto
Tarix: 20-10-2023 19:47 | Bölmə: Dünya
Şotlandiyada güclü qasırğa: ölənlər var

Şotlandiyada güclü qasırğa davam edir. “Babet” adlandırılkan qasırğa nəticəsində iki nəfər ölüb.

Reyting.az
xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Şotlandiya polisi bildirib ki, 56 yaşlı sürücü ağacın mikroavtobusun üzərinə aşması nəticəsində ölüb.

Bundan əvvəl 57 yaşlı qadının cəsədi Anqus ərazisində çaydan çıxarılıb.



Polis Merikirk kəndində də avtomobili ilə sürüklənən şəxsin axtarışlarını davam etdirir.

21 oktyabrda Şotlandiyanın şərqində "son dərəcə güclü və davamlı yağış" üçün yeni qırmızı hava xəbərdarlığı edilib.

“Babet” qasırğasının ən çox Danimarkanın şərqini və onun Baltik dənizindəki adalarını vuracağı gözlənilir. Britaniya adaları, İsveçin cənubu, Almaniyanın şimalı və Norveçin bəzi hissələrinə də təhlükə var.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}