20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Almaniyalı nazir: “Ukraynaya diqqəti artırmaq lazımdır”
Tarix: 23-10-2023 16:27 | Bölmə: Dünya
Almaniyalı nazir: “Ukraynaya diqqəti artırmaq lazımdır”

“Rusiya prezidenti Vladimir Putinin Yaxın Şərqdəki hərbi münaqişə ilə bağlı aşkar sevincini nəzərə alaraq, indi Avropa İttifaqı Ukraynadakı müharibə ilə bağlı vəziyyəti daha diqqətlə izləyir”.

Reyting.az
xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Barbok Avropa İttifaqının xarici işlər nazirlərinin Lüksemburqda keçirilən görüşü zamanı bildirib.

“Rusiya prezidenti, təbii ki, Yaxın Şərqdəki vəziyyəti nəzərə alsaq, şübhəsiz ki, xoşbəxtdir. Ona görə də biz Ukraynaya keçmişdə olduğundan daha diqqətlə baxırıq”, - deyə Almaniyanın xarici işlər naziri əlavə edib.

Onun sözlərinə görə, indi Ukraynanın bu qışı mümkün qədər yaxşı qorunaraq keçirməsini təmin etmək lazımdır.

Daha əvvəl alman mediası yazıb ki, Almaniyanın 2024-cü il üçün nəzərdə tutulan büdcəsində Ukraynaya beş milyard avrodan çox yardım çatışmır. Bu yaxınlarda Almaniyanın Ukraynaya GEPARD qurğuları və pilotsuz uçan aparatların daxil olduğu yeni hərbi yardım paketi verdiyi bildirib. Həmçinin Almaniya kansleri Olaf Şolts artıq Ukraynaya qış üçün yardım paketi hazırladıqlarını açıqlayıb. Onun sözlərinə görə, tədarükün əsasını hava hücumundan müdafiə vasitələri təşkil edəcək.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər