Ermənistan “təhlükəsizlik yastığı” haqqında düşünür
Tarix: 26-10-2023 14:49 | Bölmə: Dünya
Ermənistan “təhlükəsizlik yastığı” haqqında düşünür

“Ermənistanın kiminləsə müttəfiqlik əlaqələri qurması vacib deyil, çünki tərəfdaşlıq əlaqələri kifayət qədərdir”.

Reyting.az
Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, bunu hakim “Vətəndaş Müqaviləsi” Partiyasının üzvü, deputat Arusyak Culakyan baş nazir Nikol Paşinyanın respublikanın yeni tərəfdaşlar axtarması ilə bağlı bəyanatını şərh edərkən bildirib.

Rusiyanın özünü necə aparacağı ilə bağlı suala Culakyan belə cavab verib: “Əgər nəzərə alsaq ki, bir sıra hallarda bizim “təhlükəsizlik yastığı”mız heç olmasa işləməyib və özünü doğrultmayıb, o zaman təhlükəsizlik sistemimizi şaxələndirməyə ehtiyac yaranır. Digər komponentləri tapmaq lazımdır. Bu, həm silah formasında, həm Avropa İttifaqının müşahidə missiyası şəklində, həm də kiçik də olsa, amma yenə də ən azı bir qədər təhlükəsizlik komponentini təmin edən Roma Nizamnaməsi formasında ola bilər”.

Eyni zamanda, deputat Kremlin mümkün reaksiyasını proqnozlaşdırmayıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}