20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Ukrayna dron qruplarının hücumuna məruz qalıb
Tarix: 12-12-2023 09:53 | Bölmə: Dünya
Ukrayna dron qruplarının hücumuna məruz qalıb

Gecə saatlarında Ukrayna bir neçə dron qrupunun hücumuna məruz qalıb.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin Komandanlığı məlumat yayıb.

İlk olaraq Nikolayev vilayətində Qərb istiqamətində hərəkət edən İran istehsalı “Şahed” PUA-sı barədə məlumat yayılıb. Daha sonra Krımdan bir neçə belə pilotsuz təyyarə qrupunun buraxılışı qeydə alınıb. Onların hərəkət istiqaməti Odessa vilayətinə olub.

Daha sonra Nikolayev vilayətindən olan “Şahed”in Odessa vilayətinə doğru hərəkət etdiyi açıqlanıb.

Zaporojye, Donetsk və Dnepropetrovsk vilayətlərinin sərhədində də bir qrup dron qeydə alınıb.

Qara dənizdən Zatoka istiqamətinə dron qrupları hücum edib.

Qeyd edək ki, İran istehsalı olan dronların Ukraynaya hücumundan bir gün əvvəl - dünən səhər saatlarında Kiyev ballistik raketlərlə hücuma məruz qalıb.

Hərbi Hava Qüvvələri rusların 18 hücum pilotsuz təyyarəsinin hamısının məhv edildiyini, habelə Rusiya ərazisindən paytaxta atılan 8 raketin vurulduğunu bildirib.

ELÇİN





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər