General: Pokrovskdakı rus birliklərini məhv edəcəyik
Tarix: 30-10-2025 16:17 | Bölmə: Dünya
General: Pokrovskdakı rus birliklərini məhv edəcəyik

Rusiya ordusu Pokrovsk şəhər ərazisində mövqelərini toplamağa və möhkəmləndirməyə çalışırlar. Şəhərin ruslar tərəfindən “blokadası” yoxdur.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş qərargah rəisi general Aleksandr Sırski deyib.

Onun sözlərinə görə, Kupyanskda da vəziyyət belə deyil.

“Vəziyyət mürəkkəbdir, lakin Rusiya təbliğatının Kupyanskda olduğu kimi Pokrovskda da Ukrayna Müdafiə Qüvvələrinin guya “blokadası” ilə bağlı iddiaları həqiqətə uyğun deyil. Eyni zamanda, Pokrovskda düşmən piyadaları döyüşdən yayınaraq şəhər ərazisində toplaşır və yerlərini dəyişir, ona görə də əsas məqsəd onları müəyyənləşdirmək və məhv etməkdir”, - Sırski əlavə edib.

Ukrayna Silahlı Qüvvələrinin Baş qərargah rəisi Pokrovsk-Mirnoqrad aqlomerasiya ərazisində sayca üstün olan düşmən işğalını dayandıran ordu korpuslarının, hərbi hissələrin və alt birləşmələrin komandirləri ilə görüşüb, mövcud vəziyyət, ehtiyaclar və təkliflər barədə hesabatları dinləyib.

“Hava-desant hücum qüvvələri ilə yanaşı, hücum alayları, xüsusi əməliyyat qüvvələri, Silahlı Qüvvələrin Mərkəzi Təhlükəsizlik Xidməti, Ukrayna Təhlükəsizlik Xidməti, Milli Qvardiya, Ukrayna Milli Polisi və digərləri şəhərdə zərbə və axtarış əməliyyatları aparır və düşməni məhv etmək üçün tapşırıqları yerinə yetirirlə”, - Sırski bildirib.

O, Pokrovsk istiqamətində müdafiənin dayanıqlığını gücləndirmək üçün işlərin aparıldığına bəyan edib. General bölmələr arasında yüksək keyfiyyətli qarşılıqlı əlaqənin, onlara lazım olan hər şeyin, o cümlədən əlavə tələblərin təmin edilməsinin və verilən tapşırıqların dəqiq və əlaqələndirilmiş şəkildə yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

“Hər bir komandir, səviyyəsindən asılı olmayaraq, tapşırıqların yüksək keyfiyyətli yerinə yetirilməsini təmin etməlidir. Komandirləri məsuliyyətsizlik barədə ciddi şəkildə xəbərdar etmişəm. Bunun üçün vəzifədən azad edilmək də daxil olmaqla, sərt tədbirlər görəcəyəm”, - deyə Sırski xəbərdarlıq edib.

Əlavə edib ki, bütün qərarlar dərhal qəbul olunur: “Onlar məqsədlər və imkanlar arasında ağlabatan balansın qorunmasına əsaslanır. Lakin əsas prioritet əsgərlərimizin həyatını qorumaqdır".

Bundan əlavə, Dobropillya əməliyyatı davam edir. General bildirib ki, bu günə qədər müəyyən ərazilərdə hücum bölmələri daha 200 metrdən 550 metrə qədər irəliləyib. Bu əməliyyat zamanı ümumilikdə 186,8 kvadrat kilometr Ukrayna ərazisi azad edilib, 246,8 kvadrat kilometr isə düşmən təxribat və kəşfiyyat qruplarından təmizlənib.

“Biz bütün mövcud vasitələrdən istifadə edərək düşməni geri çəkirik. Ümumi məqsədimizə doğru işləməyə davam edirik”, - deyə Sırski bildirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər