Pakistanda hərbi posta hücum: 25 hərbçi ölüb, 27 yaraqlı zərərsizləşdirilib
Tarix: 12-12-2023 14:50 | Bölmə: Dünya
Pakistanda hərbi posta hücum: 25 hərbçi ölüb, 27 yaraqlı zərərsizləşdirilib

Pakistanın Hayber Paxtunxva əyalətində hrəbi posta bomba yüklü avtomobillə həyata keçirilən kamikadze hücumunda 25 hərbçi həlak olub.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Pakistan ordusundan bildiriblər.

Məlumata görə, səhər saatlarında Əfqanıstanla həmsərhəd Hayber Paxtunxvanın Dera İsmayıl Xan bölgəsində təhlükəsizlik məntəqəsinə bomba yüklü avtomobillə intiharçı hücumu həyata keçirilib. Hücum nəticəsində baş verən partlayışla bir bina çöküb, nəticədə ümumilikdə 25 hərbçi həlak olub, çoxlu sayda yaralı var.

Xəbərdə deyilir ki, terror aktından sonra bölgədə genişmiqyaslı əməliyyat başlayıb. Təhlükəsizlik qüvvələri Dera İsmayıl Xanın Darazinda və Kulaçi qəsəbələrində də silahlılara qarşı əməliyyat keçirib. Əməliyyatla ümumilikdə 27 yaraqlı məhv edilib.

İslamabad hücumların Əfqanıstanda yerləşən "Pakistan Talibanı" (TTP) tərəfindən icra olunduğunu iddia etsə də, Əfqanıstan bu iddiaları rədd edir.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}