“Qarabağ”ın futbolçusu Finlandiyada əməliyyat olunub
Tarix: 12-12-2023 17:44 | Bölmə: Dünya
“Qarabağ”ın futbolçusu Finlandiyada əməliyyat olunub

“Qarabağ”ın futbolçusu Kevin Medina əməliyyat olunub.

Bu barədə Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Klub rəsmisinin sözlərinə görə, sağ bud tendon vətəri qopan kolumbiyalı müdafiəçi bu gün Finlandiyada əməliyyat olunub. 30 yaşlı oyunçunun təxminən 3 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Qeyd edək ki, Kevin Medina UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda Norveçdə “Molde” ilə keçirilən oyunun (2:2) ikinci hissəsində zədələnərək əvəzlənmişdi.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}